Londonda təyyarə  qəzaya uğradı
13 iyul 2025 22:16 (UTC +04:00)

Londonda təyyarə qəzaya uğradı

London yaxınlığında Soutend hava limanından havaya qalxdıqdan dərhal sonra kiçik biznes təyyarəsi qəzaya uğrayıb.

Lent.az "The Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qəzaya “Beechcraft King Air B200” markalı iki mühərrikli təyyarə uğrayıb.

Hava gəmisi Niderlanda uçmalıymış. Hazırda təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur.

Qeyd olunur ki, bu tip təyyarələr 1–2 pilot tərəfindən idarə olunur və 13 sərnişin daşımaq qabiliyyətinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar