"Boyarışnik"dən ölənlərin sayı 76-ya çatdı
26 dekabr 2016 06:13 (UTC +04:00)

"Boyarışnik"dən ölənlərin sayı 76-ya çatdı

0

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 76 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.

 

“Son iki gün ərzində xəstəxanaya metil spirtindən zəhərlənmə əlaməti ilə 2 nəfər daxil olub. Onlardan biri ölüb. Beləliklə, zəhərlənmə qurbanlarının sayı 76 nəfərə çatıb”, məlumatda bildirilir.

 

Məlumata  görə, ümumilikdə konsentratdan 122 nəfər zəhərlənib. 18 nəfər isə stasionar müalicədədir.

 

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 16 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 443

Oxşar yazılar