<b>Türkiyəli biznesmen "Vertu" şirkətini aldı</b>
13 mart 2017 11:43 (UTC +04:00)

Türkiyəli biznesmen "Vertu" şirkətini aldı

 

Tanınmış türkiyəli biznesmen Hakan Uzan lüks telefon markası olan “Vertu”nu alıb. Lent.az “BBC Turk”ə istinadən xəbər verir ki, “The Daily Telegraph” qəzeti türkiyəli iş adamının şirkətin səhmlərini alması ilə bağlı məlumat yayıb.

 

Bildirilir ki, dünyada ən lüks telefon brendi sayılan və bir modelinin qiyməti ortalama 40 min funt sterlinq olan “Vertu”nu almaq üçün türkiyəli biznesmen 50 milyon funt sterlinq (227 milyon türk lirəsi) xərc çəkib. “Vertu”nun səhmləri Hakan Uzunun Kiprdə yerləşən şirkəti “Baferton Ltd”nin ixtiyarına keçib.

 

Qeyd edək ki, “Vertu” “Nokia” şirkətinin daxilində formalaşıb və 2000-ci ildə Donald Trampla bu şirkət arasında məhkəmə çəkişməsi səbəbindən 175 milyon funt sterlinq qarşılığında başqa şirkətə satılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar