<b>Yüksək Hərbi Şuranın toplantısı başa çatdı  -</b> <span style="color:red;">YENİLƏNİB
28 iyul 2016 17:51 (UTC +04:00)

Yüksək Hərbi Şuranın toplantısı başa çatdı - YENİLƏNİB

 

Türkiyədə baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə keçirilən Yüksək Hərbi Şuranın toplantısı başa çatıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, toplantı 5 saat davam edib. Baş nazir toplantıda verilən qərarları prezident Ərdoğana çatdırmaq üçün prezidentin iqamətgahına gedib.   

 

Bu axşam isə prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə ziyafət veriləcək. Şuranın iclasında qəbul olunan qərarların Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

 

***

 

Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə Çankaya köşkündə Yüksək Hərbi Şuranın toplantısı başlayıb. Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, əvvəllər Baş Qərargahda keçirilən Yüksək Hərbi Şura ilk dəfə qərargah xaricində keçirilir.

 

Toplantı salonunu əvvəlki illərdən fərqli olaraq əsgərlər deyil, Baş nazirin mülki mühafizəçiləri qoruyur. 

 

İclasın əsas mövzusu hərbi çevrilişə cəhd və hərbi strukturlarda islahatlardır. Çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrindən xaric edilən yüksək rütbəli hərbçilərin yerinə yeni təyinatların olacağı da gözlənilir. 

 

Toplantıdan yayılan şəkillərdəki dosye qovluqları isə diqqəti daha çox cəlb edib. Bu, toplantının nə qədər gərgin keçəcəyini bir daha göstərir.

 

Belə ki, Milli Müdafiə naziri Fikri İşık toplantıya qalın bir qovluqla, Baş Qərargah rəisi Hulusi Akar isə 4 böyük dosye qovluğu ilə qatılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar