Türkiyədə FETÖ/PDY təşkilatlanmasına qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində İğdır Universitetinin rektoru tutulub. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, bir neçə gün əvvəl saxlanılan İbrahim Hakkı Yılmaz bu gecə məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qərarı çıxarılıb. Onun təşkilata üzv olduğu bildirilir.
Qeyd edək ki, İğdır universitetində məlum hadisələrdən sonra 57 nəfər saxlanılıb və onlardan 11-i barəsində həbs qərarı verilib.