Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına qərar verilib.
APA-nın xəbərinə görə, bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
“Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.
Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.