Türkiyə Suriya sərhədi yaxınlığında bir neçə haubitsa və tanklar yerləşdirib. Bu barədə “Hurriyet Daily News” məlumat yayıb.
Məlumata görə, hökumətin sərhədi möhkəmləndirməsinə səbəb əks tərəfindəki ərazilərin PYD/YPG kürd terror qruplaşmalarının nəzarətində olmasıdır.
Qeyd olunan texnikalar iri tonnajlı yük maşınları ilə Suriya ilə həmsərhəd Kilis əyalətində yerləşdirilib.
Bundan əvvəl avqustun 5-də hərbi texnikalar yük maşınları vasitəsilə qeyd olunan sərhəd bölgəsində yerləşdirilib.