[b]Türkiyə parlamenti Rusiyanın qaz borusu layihəsini dəstəklədi[/b]
29 noyabr 2016 23:20 (UTC +04:00)

[b]Türkiyə parlamenti Rusiyanın qaz borusu layihəsini dəstəklədi[/b]

Türkiyə parlamentinin xarici əlaqələr komissiyası “Türk axını” qaz borusunun tikintisinə dair qanun layihəsini dəstəkləyib.

 

APA-nın  “Sputnik”ə istinadən verdiyi xəbərə görə, Rusiya-Türkiyə sazişinin ratifikasiyası haqqında qanun layihəsinin baş nazir Binəli Yıldırımın Moskvaya səfəri ərəfəsində təsdiqlənəcəyi gözlənilir.   Xatırladaq ki, B.Yıldırımın 6-7 dekabr tarixlərində Rusiyaya səfəri planlaşdırılıb.    

 

Layihə 2019-cu ilədək magistral qaz borusunun Qara dənizin dibi ilə iki xəttinin tikintisini nəzərdə tutur. Onlardan biri Türkiyə bazarı, digəri isə Türkiyə ərazisi üzərindən Avropa ölkələri üçün nəzərdə tutulub.  Xəttin hər birinin ötürmə gücü 15,75 mlrd. kubmetr təşkil edəcək.   

 

Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında Aİ-nin mövqeyi səbəbindən “Cənub axını” qaz borusu layihəsindən imtina edib.  “Türk axını” layihəsi isə Rusiyaya məxsus “SU-24” təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dondurulmuşdu. Türkiyə tərəfi bu ilin iyulunda insidentə görə üzrxahlıq etdikdən sonra danışıqlar bərpa edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar