[b]Türkiyə ABŞ-ın qərarını alqışlayır[/b]
02 mart 2019 16:50 (UTC +04:00)

[b]Türkiyə ABŞ-ın qərarını alqışlayır[/b]

“Biz ABŞ-ın PKK-nın bölgədəki qolları PYD/YPG-ə qarşı da eyni yanaşma göstərməsini gözləyirik ". Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hamı Aksoy Birləşmiş Ştatların PKK-nı terror təşkilatlarının siyahısına salması ilə bağlı qərarını şərh edərkən deyib.
 
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, H.Aksoyun yazılı açıqlamasında Türkiyənin ABŞ-ın məlum qərarını alqışladığı bildirilir: 
 
“ABŞ Dövlət Departamenti 1997-ci ildən bəri terror təşkilatı olaraq qəbul etdiyi PKK-nın xarici terror təşkilatları siyahısında qalacağını açıqladı. Departamentin açıqlamasında  PKK-ya qarşı mübarizənin davamlı olacağı vurğulanır”, - deyə Aksoy bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar