<b>Tu-154 təyyarəsinin komandirinin meyiti tapıldı</b>
26 dekabr 2016 21:07 (UTC +04:00)

Tu-154 təyyarəsinin komandirinin meyiti tapıldı

0

Qara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb.

 

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hərbi mənbə məlumat verib.

 

“Xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar. Bu gün daha 70 nəfərin qalıqları aşkar edilib”, deyə mənbə bildirib.

 

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 547

Oxşar yazılar