<b>Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma oldu</b>
16 aprel 2017 01:45 (UTC +04:00)

Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma oldu

0

Kaliforniya ştatının Berkli şəhərində ABŞ prezidenti  Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

 

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

 

Məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. 14 nəfərin polis tərəfindən saxlanıldığı qeyd olunur.  Bildirilir ki, polisin müdaxiləsindən sonra qarşıdurmanın qabağı alınıb.

 

Qeyd edək ki, bu gün ABŞ-ın bir çox şəhərində prezident D.Tramp əleyhinə aksiyalar keçirilir. Etirazçılar prezidentin vergi bəyannaməsinin dərc edilməsini tələb edirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar