KXDR rəhbərliyi danışıqlar dövründə nüvə sınaqlarının keçirilməyəcəyinə dair vəd verib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Tvitter” hesabında yazıb.
“Şimali Koreya 2017-ci ilin noyabrın 28-dən bu vaxtadək nüvə sınaqları keçirməyib və görüşlərimizin keçiriləcəyi dövrdə də bunu etməyəcəyini vəd edib”, - deyə D.Tramp qeyd edib.
ABŞ prezidenti KXDR-in vədinə əməl edəcəyinə inandığını qeyd edib.