ABŞ Senatı tikinti və şəhərlərin inkişafı naziri vəzifəsinə neyrocərrah, ABŞ prezidentliyinə eks-namizəd Ben Karsonun namizədliyini təsdiqləyib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, onun namizədliyini 58 senator dəstəkləyib, 41 nəfər isə əleyhinə səs verib. Beləliklə, Ben Karson Tramp administrasiyasında yer almış ilk qaradərili olub.
Məşhur neyrocərrah və yazıçı Ben Karson “siam əkizlərini” ayırmış ilk həkimdir.