ABŞ-da minimal əmək haqqının saatda 15 dollaradək artırılmasını tələb edən və yeni seçilmiş prezident Donald Trampın miqrasiya siyasətinə qarşı çıxış edən xeyli etirazçı həbs edilib.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, saxlanılanların dəqiq sayı məlum deyil.
Məlumata görə, etirazçıların əksəriyyəti “McDonald's” korporasiyasının siyasətinə qarşı çıxış edib, lakin onların adıçəkilən restoranlar şəbəkəsinin əməkdaşı olub-olmaması barədə məlumat yoxdur. Etirazçıları həmçinin Çikaqo və Boston hava limanlarının işçiləri dəstəkləyib. Qeyd edək ki, Tramp seçi kampaniyası zamanı minimal əmək haqqının artırılmasının əleyhinə olduğunu bildirib.
Etiraz aksiyası Nyu-Yorkun Uoll-strit küçəsində yerləşən parkın ərazisində keçirilib.