İŞİD Suriyanın Xaseke kəndində toy şənliyini terror meydanına çevirib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, terrorçu kamikadzenin Xasekenin Salah məhəlləsində toy şənliyində özünü partlatması nəticəsində içərisində qadın və uşaqların da olduğu 30 nəfər həlak olub, 90 nəfər yaralanıb. Ölü sayının arta biləcəyi ehtimalından kənddə qan vermək üçün elan verilib.
***
00:26
Suriyanın Xaseke şəhərində terrorçu-kamikadze özünü partladıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı toy şənliyində törədilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində 22 nəfər ölüb, 33 nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.