İsveçin paytaxtı Stokholmda terror aktı nəticəsində ölənlərin sayının 4-ə çatması təsdiqlənib, 15 nəfər yaralanıb
APA-nın xəbərinə görə, bu barədə SVT telekanalına Stokholm Səhiyyə administrasiyasının baş həkimi Yohan Bratt bildirib.
Onun sözlərinə görə, bilavasitə hadisə yerində 3 nəfər, daha 1-i isə xəstəxanada ölüb.
Hadisə nəticəsində həmçinin 15 nəfər yaralanıb. Onların arasında uşaqların da olduğu bildirilir. Yaralılardan 9 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. Terror aktı törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.