<b>Şimali Koreyanın raketi Yaponiya üzərindən uçdu</b> - <span style="color:red;">YENİLƏNİB
29 avqust 2017 02:25 (UTC +04:00)

Şimali Koreyanın raketi Yaponiya üzərindən uçdu - YENİLƏNİB

Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb.

 

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiya nazirlər kabinetinin baş katibi Yosixide Suqa bəyan edib.

 

“Yerli vaxtla saat 05:58-də buraxılan raket 06:06 radələrində Hokkaydo adası üzərindən uçaraq Sakit okeana düşüb”, deyə hökumət rəsmisi qeyd edib.

 

Onun sözlərinə görə, raket Hokkaydo adasından 1180 km aralıda suya düşüb. Raket 2 700 km məsafəni qət edib. İlkin hesablamalara əsasən, raket 2 700 km məsafəni qət edib. BMT qətnamələrinin pozulduğunu qeyd edən Y.Suqa rəsmi Pxenyana qarşı cavab tədbirlərin görüləcəyini bəyan edib.

 

***

 

Şimali Koreya Yaponiya istiqamətində raket buraxıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buraxılan raket Yaponiyanın şimal-şərq bölgəsi üzərindən Sakit okean istiqamətində uçub.

 

Tipi məlum olmayan raket Sunan şəhəri yaxınlığından buraxılıb. Cənubi Koreya hərbçiləri raketin Yaponiya üzərindən uçduğunu təsdiqləyib. Yaponiya hökuməti əhalini ehtiyat tədbirləri görməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar