ABŞ dövlət başçısı Barak Obama Donald Trampı noyabrın 8-də keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o noyabrın 10-da Trampla görüşəcəyini bildirib.
“Mən artıq komandama yeni seçilən prezidentə hakimiyyəti təhvil vermək üzərində işləməyi tapşırmışam”, deyə B.Obama bildirib.