<b>Rusiyanın BMT-dəki daimi nümayəndəsinin ölüm səbəbi məlum oldu </b> - <span style="color:red;">YENİLƏNİB
20 fevral 2017 22:20 (UTC +04:00)

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin ölüm səbəbi məlum oldu - YENİLƏNİB

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkinin ölümünə səbəb ürəyində yaranan problem olub.

 

APA-nın xəbərinə görə, bu barədə “New York Post” qəzeti məlumat verib.

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov onun iş yerində özünü qəflətən pis hiss etdiyini bildirib. Onun sözlərinə görə, hospitala çatdırılan diplomatın həyatını xilas etmək mümkün olmayıb. 

 

***

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin vəfat edib.

 

 

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-i açıqlama yayıb.

 

Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir. Vitaliy Çurkin 65 yaşına bir gün qalmış dünyasını dəyişib.

 

V.Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi  olub, həmçinin ölkəsini və BMT Təhlükəsizlik Şurasına təmsil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar