Rusiyanın Novqorod vilayətin Pestovo şəhərində yerli iş adamlarının birin seyfi oğurlanıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Slava küçəsində baş verib. İş adamının dediyinə görə seyfin içində 300 min rubl (təxminən 9 min manat) pul olub. Həmin seyfi isə onun tanıdığı Azərbaycan vətəndaşı oğurlayıb. Hazırda əməliyyat axtarış tədbirləri davam edir.