Məşhur ticarət mərkəzində <span style="color:red;">FACİƏ : 6 yaşlı qızın barmağı qopdu
26 dekabr 2016 11:03 (UTC +04:00)

Məşhur ticarət mərkəzində FACİƏ: 6 yaşlı qızın barmağı qopdu

0

 

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

 

Nərimanov Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar