<b>Rusiyada helikopter qəzası:</b> <span style="color:red;">19 ölü
22 oktyabr 2016 03:55 (UTC +04:00)

Rusiyada helikopter qəzası: 19 ölü

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.

 

Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

 

“Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 19 nəfər ölüb, 3 nəfər sağ qalıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin “qara qutusu”  axtarılır”, Rusiya FHN-dəki mənbə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar