[b]Rusiya 7 günə 300 mln. dollar itirdi  [/b]
03 noyabr 2016 23:56 (UTC +04:00)

[b]Rusiya 7 günə 300 mln. dollar itirdi [/b]

28 oktyabr 2016-cı il tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 391 milyard dollar təşkil edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, oktyabrın 21-də bu göstərici 391,3 milyard dollar səviyyəsində olub. Beləliklə, həftə ərzində ehtiyatlar 300 mln. dollar azalıb.   

 

Rusiyanın beynəlxalq (valyuta-qızıl) ehtiyatları Rusiya Bankının və hökumətinin ixtiyarında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar