Polşa Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir, bu ölkənin hərbi və iqtisadi potensialı Aİ üçün vacibdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda Varşavada türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə mətbuat konfransında bildirib.
“Türkiyənin Aİ-yə üzv olacağına ümid edirik. Türkiyə çoxdan Aİ-yə üzv olmaq üçün səy göstərir. Türkiyə çalışır və üzv olmağını gözləyir”, - deyə A.Duda bildirib.
Onun sözlərinə görə, Türkiyə təhlükəsizlik nöqteyi-nəzərdən Aİ-nin çox mühüm tərəfdaşıdır: “Bunu heç kimə izah etməyə ehtiyac yoxdur. Türkiyənin hərbi və iqtisadi potensialı Aİ üçün çox vacibdir”.
“Ankara Aİ qarşısında qaçqınlar məsələsinə dair üzərinə götürdüyü öhdəlikləri icra edir”, - deyə Polşa prezidenti qeyd edib.