[b]Peterburqda partlayış: yaralanan var[/b]
13 aprel 2017 22:09 (UTC +04:00)

[b]Peterburqda partlayış: yaralanan var[/b]

0

Rusiyanın Sankt Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.

 

APA-nın “Fontanka.ru”ya istinadən verdiyi xəbərə görə, partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.   

 

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb.  Partlayış nəticəsində əlsiz qalan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.

 

Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya dərhal onun əlində  partlayıb.    

 

Hadisə yerinə polis cəlb edilib. Araşdırmalara başlanılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar