Moskva vilayətinin Odintsovo rayonunda Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından biri, Mərkəzi Asiya mənşəli Abror Əzimov saxlanılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik xidmətindən bildiriblər.
Məlumata əsasən, saxlanılan zaman A.Əzimovun üzərindən tapança götürülüb. Onun artıq İstintaq Komitəsinə gətirildiyi bildirilir. Bundan əvvəl terror aktı ilə əlaqədar Sankt-Peterburqda 6 nəfər saxlanılıb.
Saxlanılanların evlərinə baxış zamanı “Ploşad Vosstaniya” stansiyasında aşkarlanan partlayıcı qurğu ilə analoji partlayıcı qurğu aşkarlanıb.
Xatırladaq ki, Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.