[b]Özbəkistanda milli valyuta 48% devalvasiya edildi[/b]
04 sentyabr 2017 22:46 (UTC +04:00)

[b]Özbəkistanda milli valyuta 48% devalvasiya edildi[/b]

0

Özbəkistan Mərkəzi Bankı sentyabrın 5-dən milli valyutanın ABŞ dollarına məzənnəsini 1 dollar/8100 sum təyin edib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Mərkəzi Bankından bildirilib.

 

Sentyabrın 4-də rəsmi məzənnə 1 dollara görə 4210, 35 sum təşkil edirdi. Əhali və fərdi sahibkarların istifadə etdiyi “qara bazar”da dolların məzənnəsi 7,5-7,6 civarında idi.

 

Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev "Valyuta siyasətinin liberallaşdırılması üzrə prioritet tədbirlər haqqında" fərman imzalayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar