[b]NATO-dan Türkiyənin “S-400” almasına reaksiya [/b]
16 sentyabr 2017 21:51 (UTC +04:00)

[b]NATO-dan Türkiyənin “S-400” almasına reaksiya [/b]

0

Türkiyənin Rusiyadan “S-400” kompleksləri alması heç də Ankaranın NATO-dan uzaqlaşmasını və ya Rusiya ilə yaxınlaşmasını təsdiqləmir. APA-nın xəbərinə görə, bu barədə NATO  baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.    

 

“Türkiyənin Rusiyadan “S-400” kompleksləri almasına gəlincə, düşünmürəm ki, bu Türkiyənin NATO və qərb təsisatlardan uzaqlaşmasını və Rusiya ilə yaxınlaşmasını təsdiqləyir. Çünki, Türkiyə rəhbərliyi Ankaranın NATO-nun müttəfiqi olduğunu və həmişə olacağını aydın şəkildə bəyan edib”, - deyə İldem qeyd edib.

 

Qeyd edək ki,  Ankara və Moskva  arasında Rusiya istehsalı olan “S-400” zenit- raket komplekslərinin alınmasına dair saziş imzalanıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “S-400” komplekslərinə görə Ankaranın ilkin ödəniş etdiyini bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar