[b]Mosulda terakt törədən kamikadze Quantanamo məhbusu olubmuş[/b]
22 fevral 2017 06:44 (UTC +04:00)

[b]Mosulda terakt törədən kamikadze Quantanamo məhbusu olubmuş[/b]

0

İraqın Mosul şəhəri yaxınlığında İŞİD adından partlayış törədən terrorçu-kamikadzenin əvvəllər Quantanamo məhbusu olmuş və Camal əl-Harit adı ilə tanınan Böyük Britaniya vətəndaşı Ronald Fiddler olduğu müəyyənləşib.

 

APA-nın “Telegraph”a istinadən verdiyi xəbərə görə, 50 yaşlı Camal əl-Harit fevralın 20-də Mosul yaxınlığında yerləşən hərbi bazanın qarşısında minalanmış avtomobili özü ilə birlikdə partladıb. Məlumata görə, Camal əl-Harit  2004-cü ildə “Quantanamo” həbsxanasından azad edilərək vətənində göndərilib. Bir müddət sonra Camal əl-Harit məhbus olduğu dövrdə çəkdiyi əzaba görə Britaniya hökumətindən 1 mln. funt sterlinq kompensasiya almağa müvəffəq olub

 

Əbu-Zəkəriyyə əl-Britani təxəllüsü ilə də tanınan Camal əl-Harit İŞİD terror qruplaşmasına qatılmaq üçün 2014-cü ildə Türkiyə üzərindən Suriyaya keçib. Məlumata görə, əl-Harit Britaniya hökumətindən aldığı kompensasiyanı qruplaşmaya verib.   

 

Amerikalı hərbçilər tərəfindən 2001-ci ildə Pakistanda saxlanılmış  Camal əl-Harit bir il sonra “Quantanamo” həbsxanasına köçürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar