İraq hərbi kəşfiyyatı Mosulda İŞİD-in Rusiyadan olan iki komandirinin məhv edildiyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məlumata əsasən, terrorçular ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın endirdiyi aviazərbələr nəticəsində ölüblər.
Məlumata görə, İŞİD-in əcnəbi komandirlərinin olduğu avtomobil koalisiya təyyarələrinə tuş gəlib.
Zərbə nəticəsində üç komandir ölüb. Onlardan birinin milliyyəti rus olan Əbu Huzayfa, digərinin çeçen əsilli Əbu Tamara, üçüncüsünün isə əl-Mətyuti olduğu bildirilir.