<b>Moqerinidən ABŞ-a sərt bəyanat</b>
12 noyabr 2016 06:55 (UTC +04:00)

Moqerinidən ABŞ-a sərt bəyanat

Avropa İttifaqının Ukrayna ilə bağlı siyasəti Vaşinqtonda müəyyənləşmir, ABŞ administrasiyasında baş verən dəyişikliyə baxmayaraq siyasətimiz dəyişməz olaraq qalacaq.

 

APA-nın məlumatına görə, bunu “Deutsche Welle”-yə müsahibəsində Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

 

“Avropa İttifaqının Ukrayna ilə bağlı siyasəti Vaşinqtonda müəyyənləşmir. Son illər biz Vaşinqtonla olduqca məhsuldar və konstruktiv əməkdaşlıq etmişik. Bu əməkdaşlıq çox faydalı olub. Həm bizim üçün, həm də tərəfdaşlarımız üçün.  Lakin Krımın ilhaqı daxil olmaqla Ukrayna üzrə siyasətimiz dəyişməz qalacaq.  Rusiyanın Krımı ilhaq etməsi qeyri-qanunidir. Bunu tanımayacağıq”, deyə F.Moqerini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar