[b]Klinton prezidentliyə namizəd olmağa razılıq verdi[/b]
29 iyul 2016 07:27 (UTC +04:00)

[b]Klinton prezidentliyə namizəd olmağa razılıq verdi[/b]

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıqı verib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın siyasi ənənələrinə uyğun olaraq, Klinton partiyanın Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı prezidentliyə namizəd olmağa rəsmi razılıq verib.   

 

Qeyd edək ki, qurultay iyulun 26-da Klintonun prezidentliyə namizədliyini rəsmi olaraq təsdiqləyib.  ABŞ vitse-prezidenti postuna isə Tim Keynin namizədliyi təsdiqlənib. Hillari Klinton ABŞ tarixində prezident postuna namizədliyi irəli sürülən ilk qadındır.    

 

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar