<b>Kilsənin damı uçdu,  60 ölü</b>
11 dekabr 2016 05:35 (UTC +04:00)

Kilsənin damı uçdu, 60 ölü

Nigeriyanın Uyo şəhərində kilsənin damı dindarların üstünə uçub, nəticədə azı 60 nəfər ölüb.

 

APA-nın “Assoşieytrd Press”ə istinadən verdiyi xəbərə görə, dekabrın 11-də məbəddə dini ayinin keçirilməsi planlaşdırılıbmış, lakin kilsənin tikintisində gecikmə baş verib. Bu səbəbdən fəhlələr tikinti qaydalarında ciddi nöqsanlara yol verərək işləri sürətləndiriblər.

 

İnsident baş verən an kilsədə yüzlərlə dindar olub. Dəmir konstruksiyalardan ibarət dam örtüyünün qalıqları altında ölənlərin sayının artacağı istisna olunmur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar