[b]İtaliya Aİ-ni hədələdi[/b]
26 oktyabr 2016 05:53 (UTC +04:00)

[b]İtaliya Aİ-ni hədələdi[/b]

Şərqi Avropa ölkələri miqrantları qəbul etməyəcəyi təqdirdə İtaliya 2017-ci ildə Avropa İttifaqının büdcəsinə veto qoyacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Matteo Rentsi “Rai” dövlət telekanalına müsahibəsində deyib.    

 

“Mən istərdim ki, biz hamımız – iqtidar və müxalifət bu ölkələrə onu deyək ki, əvvəlki mexanizm artıq işləmir. O mexanizm ki,  biz Avropaya 20 mlrd. avro verirdik, Aİ isə sonradan bizə 12 milyardı geri qaytarırdı.   Macarıstan və Slovakiya miqrantlara görə bizə ibrət dərsi keçirlər, amma heç bir köməklik etmirlər, üstəlik də bizdən pullarımızı istəyirlər. Belə olacağı təqdirdə, 2017-ci ildə büdcənin müzakirəsi başlayanda İtaliya veto qoymağa hazır olacaq”, - deyə  Matteo Rentsi qeyd edib.  

 

Rentsi Aralıq dəniz vasitəsi ilə Avropaya miqrant axınının dayandırılması üçün 2017-ci ili mühüm dövr adlandırıb.

 

“Biz hələlik miqrant axınını idarə etmək iqtidarındayıq, lakin qışa çox az qalıb və dənizdə vəziyyət pisləşəcək. Qayıqların göndərilməsini dayandırmaq lazımdır. Biz 2017-ci ildə axını bloklamalıyıq, əks təqdirdə,  İtaliya artıq tab gətirməyəcək”, - deyə baş nazir qeyd edib.     

 

Rəsmi məlumata görə, 2016-cı ilin 10 ayı ərzində İtaliya sahillərinə Aralıq dənizi ilə 153 min qaçqın gəlib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz çoxdur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar