[b]İstanbulda terror aktı törədənin kimliyi bilindi[/b]
16 dekabr 2016 21:45 (UTC +04:00)

[b]İstanbulda terror aktı törədənin kimliyi bilindi[/b]

0

İstanbulun Beşiktaş rayonunda terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib.

 

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə-tibb ekspertləri Maçka parkı yaxınlığında aşkarlanan terrorçu-kamikadzenin qalıqlarının DNT nümunələrini tədqiq edib.

 

Ekspertiza nəticəsində terrorçu-kamikadzenin Şanlıurfa vilayətinin sakini 20 yaşlı Burak Yavuz olduğu məlum olub.

 

Dekabrın 10-da İstanbulda törədilən iki partlayış nəticəsində 44 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar