Türkiyədə hərbi çevriliş cəhdinə görə həbslər davam etdirilir.
APA-nın Türkiyə mətbuatına görə, türkiyədə hərbi çevriliş cəhdinə görə saxlanılanlar arasında 1-ci ordu komandanlığı heyətindən əməliyyatlar üzrə rəis, general-mayor Eyyüp Gur və İstanbul jandarm komandiri polkovnik Sercan Gürcan olduğu bildirilir.
Nəzarətə alınan Gur və Gürcan İstanbul Polis İdarəsində dindirilirlər.