Bağdad yaxınlığında yanacaqdoldurma məntəqəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti İran vətəndaşıdır.
Məlumata görə, terrorçu-kamikadze minalanmış avtomobili Hilə şəhərində yanacaqdoldurma məntəqəsində partladıb. Partlayış baş verə an yanacaqdoldurma məntəqəsində iranlı zəvvarlarla dolu bir neçə avtobus olub.
Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.