[b]İrəvanda leysan etirazçıların planını pozdu[/b]
29 iyul 2016 00:52 (UTC +04:00)

[b]İrəvanda leysan etirazçıların planını pozdu[/b]

İrəvanda müxalifətin polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası sona çatıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları İrəvanın mərkəzindəki Fransa meydanında nəqliyyatın hərəkətini 40 dəqiqə dayandırdıqdan sonra geri,  Azadlıq meydanına qayıdıblar.

 

Etirazçılar daha sonra, əvvəlki günlərdə olduğu kimi, silahlı qrupun nəzarətində olduğu polis binasının qarşısına yollanmağı planlaşdırıblar, lakin güclü yağış onların niyyətini pozub.

 

“Bu cür və daha fərqli aksiyalar sonrakı günlərdə də keçiriləcək”, - deyə “İrs” müxalifət partiyasının sədr müavini Armen Martirosyan bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar