[b]İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-ı hədələdi[/b]
"Biz neft sata bilməsək, heç kəs Hörmüz boğazından neft keçirə bilməyəcək"
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ABŞ-ın İranın neft satışına tətbiq etdiyi sanksiyalarla əlaqədar bildirib.
M.Baqiri deyib ki, Hörmüz boğazının təhlükəsizliyi İran Silahlı Qüvvələri tərəfindən həyata keçirilir: "Biz Hörmüz boğazında sabitliyin və Hörmüzün daim açıq olmasının tərəfdarıyıq. Başqa ölkələrin neft və digər məhsulları Hörmüzdən keçdiyi kimi İran nefti də Hörmüzdən keçir. Əgər bizim neft Hörmüzdən keçməsə, digərlərinin də nefti Hörmüzdən keçməyəcək."
M.Baqiri deyib ki, İranın Hörmüz boğazını bağlamaq istəyi yoxdur: "Amma düşmənlərimiz düşmənçiliklərini bir həddə çatdırsalar, Hörmüzü bağlamaqdan başqa çarəmiz qalmayacaq. ABŞ Hörmüzün təhlükəsizliyinin və nəzarətinin kimin əlində olduğunu çox yaxşı bilir. Elə dünən gəmiləri Hörmüzdən keçərkən həmişə olduğu kimi suallarımıza cavab verərək keçiblər".
884