[b]İran nüvə silahı hazırlamaqda Pxenyana gizli yardım göstərib-KİV[/b]
10 sentyabr 2017 05:40 (UTC +04:00)

[b]İran nüvə silahı hazırlamaqda Pxenyana gizli yardım göstərib-KİV[/b]

0

Böyük Britaniya hökuməti ehtimal edir ki, İranın gizli dəstəyi Şimali Koreyanın nüvə proqramının sürətli inkişafına səbəb olub. APA-nın xəbərinə görə, bunu “Telegraph” nəşri öz mənbələrinə istinad edərək iddia edir.

 

Məlumata görə, Böyük Britaniya XİN-i hazırda indiki və keçmiş nüvə ölkələrinin nüvə başlıqlarının hazırlanmasında Şimali Koreyaya yardım göstərib-göstərmədiyini araşdırır. Nəşrin hökumətdəki mənbələri Şimali Koreya alimlərinin bu sahədə müstəqil şəkildə irəliləyişə nail ola biləcəklərinə şübhə ilə yanaşırlar .  

 

Şimali Koreyaya nüvə proqramının inkişaf etdirilməsində yardım göstərə biləcək ölkələrin siyahısına İran liderlik edir. Siyahıda Rusiya da yer alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar