[b]Hələbdə dəhşət: 96 uşaq öldü, 223-ü yaralandı[/b]
28 sentyabr 2016 23:46 (UTC +04:00)

[b]Hələbdə dəhşət: 96 uşaq öldü, 223-ü yaralandı[/b]

0

Suriyanın Hələb şəhərində gedən şiddətli toqquşmalar zamanı 100-dək uşaq ölüb, 220-dən çoxu yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Uşaq Fondundan bildiriblər.

 

“Hələbin şərq hissəsində uşaqlar sanki cəhənnəmdə yaşayır. Onların çəkdikləri əzabı təsvir etmək üçün artıq söz qalmayıb”, UNİSEF-in direktor müavini Castin Forsayt bildirib.

 

Təşkilatın bəyanatında bildirilir ki, sentyabrın 23-dən etibarən Hələbin şərqində 96 uşaq ölüb, 223-ü yaralanıb. BMT-nin hesablamalarına görə, Hələbin şərq hissəsində 250-275 min sakin yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar