[b]Gecə klubunun sahibi: "ABŞ hücum barədə xəbərdarlıq etmişdi"[/b]
01 yanvar 2017 05:58 (UTC +04:00)

[b]Gecə klubunun sahibi: "ABŞ hücum barədə xəbərdarlıq etmişdi"[/b]

ABŞ kəşfiyyatı İstanbulda silahlı hücumun baş verə biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. APA-nın Hurriyet-ə istinadən verdiyi xəbərə görə, bu barədə silahlı hücuma məruz qalmış "Reina" gecə klubunun  sahibi Mehmet Kocarslan bildirib. 

 

"Amerika kəşfiyyatı terror aktı barədə xəbərdarlıq etmişdi. 7-10 gün bura ciddi təhlükəsizlik tədbirləri görülmüşdü", —  deyə o bildirib. 

 

Məlumata görə, terrorçu Kalaşnikov avtomatından atəş açıb. 

 

İstanbul valisi hücum zamanı azı 35 nəfərin öldüyünü, 40-dan çox şəxsin yaralandığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401
avatar

Oxşar yazılar