<b>FED rəhbəri bitkoinlə bağlı xəbərdarlıq etdi</b>
14 dekabr 2017 06:07 (UTC +04:00)

FED rəhbəri bitkoinlə bağlı xəbərdarlıq etdi

Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o çirkli pulların yuyulmasında istifadə oluna bilər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) başçısı Canet Yellen bəyan edib.

 

"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur.  Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitcoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, deyə C.Yellen bildirib.

 

C.Yellen həmçinin banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Oxşar yazılar