<b>Ermənistanda sorğu: Orduda ciddi problemlər var</b>
30 avqust 2017 06:53 (UTC +04:00)

Ermənistanda sorğu: Orduda ciddi problemlər var

0

Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında “Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb.

 

AZƏRTAC Ermənistan mətbuatına istinadən xəbər verir ki, ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur.

 

Sorğuda iştirak edənlər hərbi hissələrdə psixoloqların olmasının vacibliyini bildiriblər.

 

Bunu nəşrin müəlliflərindən olan Anna İşxanyan jurnalistlərlə söhbət zamanı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar