<b>Əfqanıstanda 3 Gürcüstan hərbçisi yaralandı</b>
06 sentyabr 2017 23:32 (UTC +04:00)

Əfqanıstanda 3 Gürcüstan hərbçisi yaralandı

0

Əfqanıstanda, ABŞ-ın “Baqram” hərbi bazasına hücum olub.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.

 

Terror aktı nəticəsində 3 Gürcüstan hərbi qulluqçusu yaralanıb. Faktı təsdiqləyən Gürcüstan müdafiə nazirliyi hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.

 

“Hazırda leytenant İveri Buadze əməliyyat olunur”, nazirlikdən bildirilib.

 

Qeyd edək ki, 800 Gürcüstan hərbçisi NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda  iştirak edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar