<b>Duma Ermənistanla birgə qoşunların yaradılmasını müzakirə edəcək </b>
14 iyul 2017 06:26 (UTC +04:00)

Duma Ermənistanla birgə qoşunların yaradılmasını müzakirə edəcək

0

Bu gün  Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 16-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişin ratifikasiyasını nəzərdən keçirəcək

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatı, formalaşdırılması və istifadəsini müəyyən edir.

 

Qeyd olunur ki,  Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi  Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir.  

 

Birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı hücum hazırlanmasının müəyyənləşdirilmək və dəf etmək; hər iki ölkənin dövlət sərhədinin quru hissəsini qorumaq; hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək; hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir. 

 

Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur.

 

Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur.

 

Beşillik hərbi saziş avtomatik olaraq növbəti 5 il müddətə uzadıla bilər.   

 

“Sazişin reallaşdırılması Rusiyanın maraqlarına tam cavab verir, iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaradacaq və federal büdcədən əlavə maliyyə vəsaitlərinin ayrılmasını tələb etməyəcək”, - deyə müşayiətedici sənədlərdə bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar