Dağıstanda məişət zəminində baş vermiş silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) əsgəri və yerli sakin öldürülüb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, dəqiqləşdirilmiş məlumata əsasən, atəş polis əməkdaşı tərəfindən açılıb. Onun həbs edildiyi bildirilir.
İlkin araşdırmalara görə, münaqişə pul üstündə baş verib.
***
Dağıstanda baş verən silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) iki hərbçisi ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qerqa qəsəbəsində qeydə alınıb.
Məlumata görə, yerli sakin məişət münaqişəsi zəminində odlu silahdan atəş açaraq “Rosqvardiya”-nın iki əsgərini güllələyib. Hərbçilərin hər ikisi aldığı yaralardan hadisə yerində keçinib. Atəş açan şəxs saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.