[b]CHP sədrinin müavinini yaralayan şəxs tutuldu[/b]
29 oktyabr 2016 23:47 (UTC +04:00)

[b]CHP sədrinin müavinini yaralayan şəxs tutuldu[/b]

Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcanı atəş açaraq yaralayan şəxs saxlanılıb.

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, hücum edən şəxs Kuşadasında saxlanılıb.  Saxlanılan Alparslan Sarqının Türkiyə vətəndaşı olduğu bildirilir. Onun əməlinin motivləri aydınlaşdırılır.

 

Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb. APA-nın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

 

İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

Oxşar yazılar