<b>Can Dündara silahlı hücum edən şəxs azadlığa buraxıldı</b>
21 oktyabr 2016 16:17 (UTC +04:00)

Can Dündara silahlı hücum edən şəxs azadlığa buraxıldı

 

Türkiyənin “Cümhuriyyət” qəzetinin sabiq  baş redaktoru Can Dündara silahlı hücum edən şəxs azadlığa buraxılıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, jurnalist bu il mayın 6-da məhkəmənin önündə Murad Şahin adlı şəxs tərəfindən silahlı hucüma məruz qalmışdı. Hadisə zamanı Can Dündar heç bir xəsarət almasa da, televiziya müxbiri Yağız Şenkal ayağından yaralanmışdı.

 

Hadisədən sonra yaxalanan Murad Şahin barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Prokurorluq tərəfindən onun barəsində 4 ildən 11-ə qədər cəza tələb edilmişdi. Murad Şahin bu gün saxlandığı həbsxanadan azadlığa buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Səlcuq Elçin

Oxşar yazılar