[b]ATƏT qiyamçıların məhkəməsinə müşahidəçi göndərmək istəyir[/b]
22 iyul 2016 15:05 (UTC +04:00)

[b]ATƏT qiyamçıların məhkəməsinə müşahidəçi göndərmək istəyir[/b]

ATƏT Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs olunanların məhkəmə proseslərinə müşahidəçi göndərmək üçün müraciət edib.

 

APA-nın “Deutsche Welle” yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT/DTİHB-nin direktoru Maykl Link "RBB-İnforadio"ya müsahibəsində deyib. O bildirib ki, ATƏT vəziyyət barədə məlumat əldə etmək və hazırda qəbul edilən qərarları Türkiyə hökuməti ilə müzakirə etmək niyyətindədir.

 

M. Link qeyd edib ki, Ankara ATƏT-in təkliflərinə hələ ki cavab verməyib.

 

Qeyd edək ki, Türkiyə dövləti fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində müvəqqəti olaraq Avropa İnsan Haqları Konvensiyasının icrasını dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

APA Baycan

Oxşar yazılar